XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2016 - 20:30

Ərdoğan Putinə təşəkkür etdi –Səbəb

Ərdoğan b

 Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.  

Putin Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb.    

“Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, – deyə Ərdoğan bildirib.  

Qeyd edək ki, ilk çarter reysinin sərnişinləri Türkiyədə gül-çiçəklə qarşılanıb.  (APA)