XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 07:49

Sevil Əliyevanın qızı Zərifənin yeni fotosu: “Mənə olan diqqətinizə görə sağ olun”

zerife sevil qizi.jpg

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Londonda yaşayan qızı Sevil Əliyeva qızının daha bir fotoşəklini öz səhifəsində paylaşıb.

Strateq.az bildirir ki, Foto Sevil Əliyevanın səhifəsindən paylaşılasa da mətni qızı Zərifə yazıb.

“Axşamınız xeyir, bu mənəm- Zərifə! Sizin üçün selfi fotomu paylaşıram. Mənə olan diqqətinizə görə, çox sağ olun. çoxları maraqlanır ki, mən bu gün necə görünürəm. Sizin xahişi yerinə yetirirəm”,-deyə Zərifə yazıb.

Foto 7 mindən çox istifadəçi tərəfindən “like” edilib və xeyli şərh yazılıb.

Qeyd edək ki, S.Əliyeva bir müddət öncə oğlunun da şəklini Facebook-da yerləşdirdmişdi.

Sevil Əliyeva uzun illərdir Londonda yaşayır. 2 oğlu, bir qızı var. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.