XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2016 - 19:17

İŞİD-in hərbi qanadına tacik komandir rəhbərlik edəcək –ABŞ-da təlim keçib

tacik-k

İŞİD-in hərbi qanadına yeni komandir təyin olunub. 

Modern.az xəbər verir ki, bu barədə İraqın “Əs Süməriyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Tacikistanda xüsusi təyinatlı qüvvələrin keçmiş komandiri olmuş polkovnik Gülmurad Həlimov təyin olunub.

O, İŞİD-in hava zərbəsi ilə məhv edilmiş gürcü komandiri Traxan Batruaşvilinin yerini tutacaq.

Artıq ABŞ rəsmiləri Gülmurad Həlimovun başına 3 milyon dollar mükafat təyin ediblər. Onun 2003-2014-cü illərdə tacikistanlı hərbçi kimi Amerikada bir neçə kontr-terrorizm təliminiə qatıldığı və təcrübə keçdiyi məlum olub.