XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 08:14

Leyla Yunusun məhkəməsi başlanıb: Prosesə yalnız diplomatlar buraxılıb

leyla yunus.jpg

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun və hayat yoldaşı, tarixçi Arif Yunusun məhkəmə prosesi başlayıb.

Məhkəmədə olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, prosesə yalnız səfirliklərin nümayəndələri və iki jurnalist buraxılıb. Zalda yer olmadığını əsas gətirən nəzarətçilər prosesi izləməyə gələnləri və jurnalistləri içəri buraxmayıb. Bundan əlavə, məhkəmənin qarşısında dayanan polislər də çəkiliş aparılmasına mane olurlar. Məhkəmə işçiləri prosesi izləməyə gələnləri zorla gözləmə zalından çıxarıblar.

​ Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

Hazırlıq iclası iyulun 15-də olub. Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.