XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 00:14

Şahmat Olimpiadasında III tur –Millimiz yenə qələbə qazandı

sahmat-olimpiadasi

Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları keçirilib.

Qadın və kişilərdən ibarət əsas millilərimiz uyğun olaraq Polşa və Macarıstanla qarşılaşıblar. Hər iki millimiz qələbəyə sevinib – 3:1 və 2.5:1.5.

Kişilərdən ibarət ikinci yığmamız Hindistana uduzub, üçüncü millimiz isə Livanı məğlub edib.

İkinci qadın millimiz isə Almaniya ilə heç-heçə oynayıb. Qadınlardan ibarət üçüncü komandamız isə Qırğızıstanı xalsız qoyub.

Olimpiada – 2016: III tur

Kişilər

Azərbaycan-1 (2706) – Macarıstan (2655) – 3:1
Azərbaycan-2 (2576) – Hindistan (2651) – 1:3
Azərbaycan-3 (2350) – Livan (2176) – 4:0
İki turdan sonra turnir cədvəli: 1.Rusiya, 2. Azərbaycan-1, 3.Polşa – 4 xal,… 20.Azərbaycan-2 – 4 xal,… 74.Azərbaycan-3 – 2 xal.

Qadınlar

Polşa (2360) – Azərbaycan-1 (2320) – 1.5:2.5
Azərbaycan-2 (2248) – Almaniya (2371) – 2:2
Qırğızıstan (1858) – Azərbaycan-3 – 0:4

İki turdan sonra turnir cədvəli: 1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,… 19.Azərbaycan-1 – 4 xal,… 28. Azərbaycan 2 – 4 xal,… 41. Azərbaycan -3 – 2 xal…

Apasport.az