XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 00:35

“Nəticə yaxşı idi, amma oyun baxımından komanda zəif çıxış etdi” –Rövnəq Abdullayev

Rövnəq

"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi".

Bunu Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyununu (1:0) canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, millinin gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyinə inandığını bildirib: "Ümumilikdə, dörd yüz fazilik qol şansı oldu. Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyun baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil".

Baş məşqçiyə də narahatlığını çatdırdığını deyən R.Abdullayevin fikrincə, R.Prosineçki gələcəkdə müəyyən taktiki dəyişiklikər edə bilər: "Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Baş məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir. Bu da yaxşı rəqabət yaradır".

sportnet.az