AŞPA Azərbaycanda keçiriləcək referendumla bağlı qiymətləndirmə missiyası həyata keçirmək üçün 7 nəfərlik nümayəndə heyəti göndərəcək.
AŞPA-nın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bu barədə bu gün Parisdə keçirilən büro iclasında qərar verilib.
İclasda həmçinin Konstitusiyaya dəyişikliklərlə bağlı rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilib. (APA)