XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2016 - 15:33

“”Exit-poll” keçirmək üçün dörd yerli təşkilat müraciət edib –MSK

isvecre-referendum

Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlar bəlli olub.

Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "exit-poll" keçirmək üçün 4 təşkilat MSK-ya müraciət edib.

Müraciət edən təşkilatlar – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Els” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzidir.

Qeyd edək ki, referendumda "exit-poll" keçirmək üçün ayrılan müddət sentyabrın 6-dək olan dövrü əhatə edib. MSK sentyabrın 16-dək qərar verəcək.