XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 16:09

İsrailli səfir bu rayonumuzu ziyarət etdi –Səbəb

İsrael

Sentyabrın 6-da İsrailin Azərbaycandakı səfiri Dan Stavin Lənkərana səfər edib.

 Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində diplomatla Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) görüş keçirilib. ŞİH başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verib, iqtisadiyyatın əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlardan danışıb, rayonun turizm potensialına diqqətin artdığını bildirib.

Dan Stavin İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləməklə, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bölüşüb, Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilib.

Səfər çərçivəsində Dan Stavin şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Müalicə-diaqnostika mərkəzində, “Nur-Süd” Palmali süd emalı, Lənkəran konserv zavodlarında olub, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyasına, Sütəmurdov kəndi ərazisində yeni salınmış Koreya sortlu hallobong sitrus meyvəsi plantasiyasına və Hirkan Milli Parkında sitrus bağlarına baxış keçirib. (APA)