XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 19:34

Gürcüstanın baş naziri:"Biz enerji sektorunda Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik"

Georgian

“Enerji sektorunda Azərbaycanla əməkdaşlıq əhəmiyyətlidir”.

Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tiflisdə keçirilən “Varşava sammitindən sonra dəyişən geosiyasi landşaft” adlı beynəlxalq konfransda amerikalı analitiklərin suallarını cavablandırarkən bildirib.

“Ölkəmiz davamlı şəkildə yüksək enerji balansına nail ola bilər. Biz enerji sektorunda Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik. Bizim SOCAR ilə yaxşı münasibətlərimiz var. Bu, münasibətlərimizin strateji cəhətdən inkişafı üçün çox vacibdir və biz münasibətlərimizi inkişaf etdirəcəyik”, – deyə, o, vurğulayıb.

G. Kvirikaşvili Rusiyanın “Qazprom” şirkətinin spekulyasiya xarakterli bəyanatlar səsləndirdiyini də bildirib. O qeyd edib ki, bu şirkət qaz məsələsindən siyasi məqsədlər üçün  istifadə edib.

Hökumət başçısı 4 illik fəaliyyət planının gələcəyi haqqında fikirlərini də bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar, təhsil islahatı həyata keçirilməlidir, infrastruktur layihələri sürətləndirilməlidir.  

APA