XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 01:15

Güclü yağış Şəkiyə belə ziyan vurdu –VİDEO

Yağış 41

Bu gün səhər saatlarında yağan yağış sonra Şəkinin Məmmədəmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, M.F.Axundov prospekti və bir sıra küçələrində asfalt örtüyü dağılıb.

Strateq.az Region TV-yə istinadən xəbər verir ki, yağış sularından ən çox əziyyət çəkənlər isə yenə də sürücülər olub.

Həvəskar çəkilişlərdəki kadrlarda yağışın fəsadları daha dəqiq görünür.

Şəhərin Abdulla Şaiq küçəsinində isə yağış sualarının axması üçün nəzərdə tutulan arxları ot örtüyü tutduğundan və tullantılar dolu olduğundan su ərazidəki evlərin həyətlərinə dolur.

Şəhərin digər küçələrindəki arxlarda da vəziyyət eynidir. Təsəlli tapmalı bir məqam var, o da Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşlarının sular çəkilən kimi məişət tullantılarını yığmaq üçün səfərbər olmasıdır.

Hər kəs baş verənlərdən narahat, gördüklərindən şikayət edir. Halbuki məişət tullantıları hara gəldi atılmasa, nəzarət bir az da gücləndirilsə, bu qədər ürəkbulandırıcı mənzərə olmaz.