XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 10:58

Şamaxıda leysan:çay daşıb yolu bağladı, kəndlə əlaqə kəsildi

Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları fəsadlar törədib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.

Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib.

Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.