XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 11:58

Dərs ləvazimatları güzəştli qiymətlərlə təklif olunacaq- Məktəb yarmarkasında

Sentyabrın 8-dən 11-dək Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Yasamal Rayon Bələdiyyəsinin və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin dəstəyi ilə “Community.az” portalı tərəfindən “Məktəb icmaları” layihəsi çərçivəsində məktəb yarmarkası keçiriləcək.

Təhsil Nazirliyindən bildiriblər ki, Milli Ensiklopediya Mərkəzində keçiriləcək yarmarkada müxtəlif müəssisələr və təşkilatlar təmsil olunacaqlar.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir. Yarmarka zamanı məktəb ləvazimatlarının, dərsliklərin, kitabların satışı və müxtəlif həvəsləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur.