Hadisə Türkiyə-İran təbii qaz boru xəttinin Ağrı dağı yaxınlığından keçən hissəsinində baş verib.
Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin açıqlamasında hadisənin sərhəd xəttinin 15 kilometrliyində, Ağrı dağının ətəyində törədildiyi deyilir. Nazirlik hadisə nəticəsində yanğın çıxmasına və sabotaja baxmayaraq, təbii qaz axımının davam edəcəyini bildirib.
Bir neçə gün öncə də oxşar hadisə Cizrə-Silopi elektrik xəttində törədilmişdi.
Bu kimi hadisələrin təkcə dövlətə və hökumətə qarşı hücumlar olmadığını bildirən nazir Taner Yıldız bunları deyib:
“Təbii qazın qəbul edilməsi istiqamətində bütün tədbirlər görülüb, bu mövzuda vətəndaşlarımız və sənaye işçilərimiz də diqqətli olmalıdır. Belə hadisələr, həm də həmin ərazilərdə yaşayan vətəndaşlarımızı məyus etmə məqsədi güdür. Ancaq bütün bu kimi cəhdlər boşa çıxacaq. Biz yenə də bölgəyə xidmət etməyə davam edəcəyik və bu kimi əngəllərə qarşı dirəniş göstərəcəyik”.
Nazirin bu və bu kimi hadisələrin PKK tərəfindən törədilməsinə işarə vurması, belə sabotajların Türkiyənin PKK-ya yönəlik son günlər gerçəkləşdirdiyi anti-terror əməliyyatlarına cavab olduğu qənaətinə gəlməyə əsas verir.
Namiq