XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 15:32

“30 min şagirdin məktəbə gedə bilməyəcəyi yalandır”- Nazirlik

Bu yaxınlarda təhsil eksperti Nadir İsrafilov “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinə istinad edərək qeyd edib ki, bu il 30 min şagird ümumi təhsil müəssisələrinə gedə bilməyəcək.

Təhsil Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlama ilə N. İsrafilovun bu fikri təkzib olunub və yalan informasiya olduğu deyilib.

Açıqlamada deyilir ki, Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib: "Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkənin müsbət demoqrafiyasını qeyd  edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər. Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər şagird qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür". 

Təhsil ekspertinin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə isə Nazirlik tərəfindən cavab olaraq TQDK-nın aşağıda təqdim olunan statistikası qeyd olunub:

"2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.  Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda – 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib".