XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 16:29

ADB Azərbaycana 1,2 mln. dollar ayırıb –Elektrik enerjisi ilə bağlı

ADP

 Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan: Enerji sektoruna ayrılan investisiyaların bərpası planının hazırlanması” üçün texniki dəstək proqramını təsdiq edib. ADB rəhbərliyinin təsdiqlədiyi layihə 1,2 mln. ABŞ dolları civarındadır.

Məlumatda deyilir ki, bu maliyyələşmə 4 əsas məsələni özündə əks etdirir. Onlardan birincisi elektrik enerjisinin real qiymətinin (enerjinin istehsalı, ötürülməsi və paylanması) hesablanması, ikincisi müxtəlif mənbələrdən (hidro, günəş, su və qaz) və müxtəlif müştərilər üçün enerji istehsalı, ötürülməsi və paylanması üçün yeni fərqli tarif strukturunun dizayn edilməsi, həmçinin müxtəlif müştəri sinifləri üçün hazılrki vahid tariflərin əvəzlənməsi və bununla da müştəri sinifləri arasında çarpaz subsidiyalaşmanın formalaşmasına şərait yaratmaqdır.

Layihədə nəzərdə tutulan digər məsələlər isə maliyyələşmənin bərpasının inkişafı naminə tariflərin tədricən artırılması üçün yol xəritəsinin hazırlanması və 2022-ci ilədək tam dəyərinin bərpasına nail olmaq və tarif islahatları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq kampaniyasını həyata keçirməkdən ibarətdir.

ADB bu istiqamətlərdə işlərin görülməsi üçün 2017-2018-ci illərdə əlavə maliyyələşmənin də mümkünlüyünü də açıqlayıb.  (Report)