Prezident İlham Əliyev bu gün daha bir neçə fərman verib.
Strateq.az həmin sənədləri ardıcılıqla təqdim edir:
***
"Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanının ləğv edilməsi barədə verilən yeni fərmana əsasən, aşağıdakı madələr ləğv olunub:
"Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 12, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 80) ləğv edilsin.
***
Prezidentin diigər fərmanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə olub.
Həmin Fərmanında qeyd olunur:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında 2016-cı il iyunun 20-də Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin.
****
Son fərman isə Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında Sazişin təsdiq edilməsindən bəhs edir.
Fərmana əsasən:
1. Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.