Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladze "Şöhrət" ordeni ilə təltif olunub.