XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 18:34

Azərbaycanda əhalininsiyahıyaalınması keçiriləcək

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il oktyabrın 1-10-da keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək tapşırılıb.