“Azadlıq” qəzetinin maliyyə problemilə bağlı sentybarın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”.
Bunu Turan-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, “Azadlıq” qəzeti hesabdan pul götürə bilmək üçün öz üzərinə düşən prosedurları yerinə yetirsin: “Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq”.
Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.
Xatırladaq ki, bu il avqustun 20-də “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs edilib. Bundan sonra qəzetin maliyyə məsələsində problem yaranıb.
Sentyabrın 6-da isə “Azərbaycan” nəşriyyatı qəzetin nəşriyyata olan 20 min manat borcuna görə qəzetin çapından imtina edib.