XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 19:27

Bakı Avtovağzalı gücləndirilmişiş rejiminə keçəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək.

Azərtac xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.

M.Abdullayevin sözlərinə görə, sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və sentyabrın 10-11-dək davam edəcək.

“Müəyyən olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassada həyata keçirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində nəqliyyat vasitələrinin sayı 600-dən yuxarı olacaq və 15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”, – deyə növbə rəisi vurğulayıb.

M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.