XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 19:57

Bakıda “Daqestan” marketlərşəbəkəsi açılacaq

Bakıda "DAQESTAN" brendi ilə marketlər şəbəkəsi açılacaq.

Dağıstanın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.

"Daqestan" ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır. Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur.

Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək. Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq.

İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.