“Qadınları birdən-birə icra başçısının müavini qoymaq olmaz” – Komitə sədrinin müavini
“Bu gün icra hakimiyyətləri başçılarının müavinlərinin çoxu qadındır. Amma mən onlara baxanda narahatlıq keçirirəm. Qadınları birdən-birə məktəbdən gətirib, icra başçısının müavini qoymaq olmaz. Onları bu vəzifəyə hazırlamaq lazımdır”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “KİV-də Qadın və uşaq problemləri” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
Komitənin sədr müavini, eyni zamanda, qeyd edib ki, qadınları vəzifədən tamamilə uzaqlaşdırmaq da düzgün deyil(Trend).
Xatırladaq ki, Sədaqət Qəhrəmanova 1995-2005-ci illərdə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.