XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 13:14

“Mən özüm rüşvətə qarşı barışmaz adamam…” –Rektor Havar Məmmədov

havar-22

Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov təyinatından sonra gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Rektor təyinatının Azərbaycan Beynəlxalq Tədris Mərkəzi tərəfindən olduğunu qeyd edib: “Qafqaz Universiteti özəl ali təhsil müəssisəsidir, mən də bura universitetin təsisçiləri tərəfindən təyinat almışam”.

H.Məmmədov sosial şəbəkələrdə Qafqaz Universitetində rüşvətxorluq hallarının artacağı ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Mən özüm rüşvətə qarşı barışmaz adamam, heç vaxt Qafqaz Universitetində belə bir hal ola bilməz. Qafqaz Universiteti əvvəlkindən daha yaxşı, daha uğurlu fəaliyyət göstərəcək, çox ciddi islahatlar aparılacaq, yeniliklərimiz olacaq. Siz özünüz də bunun şahidi olacaqsınız. Heç kəs burada hansısa rüşvətxorluq hallarının olması barədə düşünə bilməz”.

Qeyd edək ki, Havar Məmmədov bundan əvvəl Texniki Universitetin rektoru olub.

Xatırladaq ki, iyulun 20-də Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Daha sonra isə universitetin rektoru Ahmet Saniç tələbə və müəllim heyəti ilə son görüşünü keçirərək Türkiyəyə qayıdıb. 

Gununsesi.info