Sentyabrın 28-də Bakıda MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçiriləcək.
Bunu MDB-nin icra katibi Sergey Lebedev deyib.
O, görüşün gündəliyi barədə məlumat verməsə də, bildirib ki, oktyabrın 12-də Bakıda MDB ölkələrinin miqrasiya xidmətləri rəhbərlərinin toplantısı keçiriləcək.
Sərhəd xidməti orqanları rəhbərlərinin iclasının isə oktyabrın 17-də İrəvanda keçirilməsi nəzərdə tutulur. (APA)