XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 18:05

NATO PA-nın növbəti yaz sessiyası Tbilisidə keçiriləcək

georgian

 NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası 2017-ci ilin mayında Tbilisidə keçiriləcək.

 Bu barədə Tbilisidə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə Gürcüstan parlamentinin sədri David Usupaşvilinin görüşündə məlumat verilib.

Görüşdə NATO ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda vəziyyət, regionda sülhün bərqərar olmasında parlamentlərin rolu, regional və qlobal təhlükəsizlik, antiterror əməliyyatlarında birgə iştirak və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, NATO PA-nın yaz sessiyasının gələn ilin mayında Tbilisidə keçirilməsi barədə qərar, Şimali Atlantika Alyansının Gürcüstana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna diqqətin nümunəsidir. (Report)