Londonda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya baş nazirinin xüsusi elçisi, Lordlar Palatasının üzvü baronessa Emma Harriet Nikolsonla görüşüb.
Görüşdə tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Söhbət əsnasında həmçinin münasibətlərin gələcək perspektivləri müzakirə edilib.