XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 00:23

Putinlə Ərdoğan yenə telefonda danışdılar –Suriya müzakirəsi

putin-erdogan-88.jpg

Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilir.

Söhbət zamanı tərəflər Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişafını müzakirə ediblər.

Xüsusi diqqət Suriyadakı vəziyyətə yönəldilib. Dövlət başçıları Suriya münaqişəsinin nizamlanması prosesində səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif xətlər üzrə intensiv əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

oxu.az