XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 11:48

Türkiyəli iş adamının 18 şirkəti müsadirə edilib –FETÖ-nü maliyyələşdirdiyinə görə

is-adami

 Türkiyənin tanınmış iş adamı Akın İpeyin ("Koza-İpek holding") 18 şirkəti müsadirə edilib.

Qərara əsasən, 10 milyard dollarlıq şirkətlərin əmlakı Əmanət Haqqı Sığorta Fondunun hesabına köçürülüb. Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədar Akın İpeyin tutulması barədə qərar çıxarılıb. Hazırda onun axtarışda olduğu bildirilir.

Akın İpek FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinir.  (Report)