XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 12:23

Bakı metropoliteni yeni qrafikə keçir –ASC sədri əmr verdi

metro

Bakı metropolitenində sentyabrın 15-dən etibarən qış qrafikinin tətbiqinə başlanılacaq.

Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiriləcək.

Yeni qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkətin sıx olduğu saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov” stansiyasından “28 May” stansiyası daxil olmaqla hər iki istiqamətdə interval hərəkətin çox olduğu saatlarda 2 dəqiqəyə endiriləcək.

Qeyd edək ki, hərəkətin sıx olduğu vaxt səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu zaman xətlərin “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

“Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-sıx saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.

APA