XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 13:20

Sabah yağış yağacaq –Hava proqnozu

yagis-1

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Naziriyinə istinadən xəbər verir ki, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə  19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə  20-22° isti, gündüz 25-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 750  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.              

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.