XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 13:54

Qarabağ probleminin həlli –Zakir Həsənov Britaniyalı həmkarı ilə müzakirə etdi (FOTO)

zakir-brtitaniya-nazir

Londonda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon ilə görüş keçirib.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib  ki, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil olunan rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb:

"Eyni zamanda ikitərəfli əsasda və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub. Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər".