XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 21:48

BMT-dən açıqlama: Ukraynada 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb

Ukraynada son 15 ay ərzində hərbi münaqişə nəticəsində 7 minə yaxın insan həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin insan haqları üzrə Ali komissarı idarəsinin mətbuat katibi Sesil Puyi bildirib.

“2014-cü il, aprelin ortalarından 2015-ci il, iyulun 27-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 832 nəfər (mülki və hərbi) həlak olub, azı 17 087 nəfər isə yaralanıb”, – deyə S.Puyi bildirib.

Hesabata “Malayziya hava yollarına” məxsus Boeing təyyarəsində ölən 298 nəfər də daxildir.