XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 23:28

Salyanda ferma yandı

Fermanın yanması nəticəsində heyvanlar tələf olub

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 575 kv.m olan fermanın yanar konstruksiyaları 330 kv.m sahədə və fermanın içərisinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğın zamanı fermanın içərisində olan 1 baş dana, 7 baş buzov, 4 baş xırdabuynuzlu (qoyun) heyvan tüstüdən boğularaq tələf olub. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.