XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 20:10

“Azadlıq”ın baş redaktor əvəzi də istintaqa çağırıldı- İfadə verdi

Sentyabrın 9-da “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Bu barədə Rahim Hacıyevin özü məlumat verib: “Bu gün saat 12-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində  ifadə vermişəm. Təfərrüatlara vara bilmərəm. Bircə onu deyə bilərəm ki, suallar ümumən “Azadlıq” qəzetinin fəaliyyəti ilə bağlı idi”.

Dindirmədə Rahim Hacıyevin vəkili Əsabəli Mustafayev də iştirak edib.

Qeyd edək ki, Rahim Hacıyevdən əvvəl "Azadlıq" qəzetinin əməkdaşları Vidadi Məmmədov, Xəyal Babayev cə redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.