XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 10:32

Kanadadan Azərbaycana piyada və pulsuz gələnsəyahətçi (FOTO)

Özünü Vadam adlandırılan kanadalı qeyri-adi səyahətçi Bakıya gəlib.

Qadın səyahətçi Trend-ə bildirib ki, səkkiz illik səyahəti ərzində dünyanın təqribən 15 ölkəsindən keçib.

Dağlar və meşələrdə səyahət edən Vadam qeyd edib ki, səyahət zamanı yalnız təbiətin verdiyi nemətlərdən – meyvə, giləmeyvə, tərəvəzlə qidalanmağa üstünlük verir: “Piyada və avtostopla səyahət edirəm”.

O, barabanı ilə özünə qazanc əldə etdiyini deyir: “Sadəcə otururam və barabanda musiqi çalıram”.

Vadam Azərbaycanda çox müsbət enerjili mühit olduğunu əlavə edib: “Şəhərin arxitekturası və Bulvar çox xoşuma gəldi".