XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 11:23

Rio-2016: Azərbaycan19-cu yerə yüksəldi

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb.

Bu medallardan 1 dəsti isə Azərbaycan millisinə qismət olub. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion olduğu halda, Yelena Çebanu (atletika, 100 m) 2-ci yeri, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutub. Bununla da aktivimizdəki medalların sayı 4-ə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.

Medal qazanan ölkələrin siyahısına Çin başçılıq edir. Asiyalıların aktivində 49 mükafat var. İkinci yerdə 27 medalı olan Böyük Britaniya qərarlaşıb. İlk “üçlüy”ü isə Ukrayna qapayır – 26 medal.
 
Ümumilikdə isə 56 ölkənin təmsilçisi fəxri kürsüyə qalxıb. Qeyd edək ki, yarışın ilk günündə Bayram Mustafayev (66 kq) gümüş medal qazanmışdı.