XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 12:59

QSC-dən açıqlama:"Dəmir yolu bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək"

qsc

 Qurban bayramı günlərində dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək. 

Bunu  "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib: "Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Odur ki, Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimi ilə işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək", – deyə o bildirib.

N.Əzməmmədov əlavə edib ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəlcədən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. (Report)