XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 07:43

Mədəniyyət və Turizm Nazirliyində kadr təyinatı olub

Bu barədə nazirlik məlumat yayıb

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Adil oğlu Usubəliyev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Asif Usubəliyev Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının məzunu, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 2006-cı ildən etibarən nazirlikdə çalışır.