XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 15:35

“Neftçi”nin həkimi:"Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər"

v%c9%99li

"Vəli Qasımovun vəziyyəti stabildir, müalicəsi davam edir". 

Bunu "Neftçi" klubunun baş həkimi Şaiq Zöhrablı bildirib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Vəli Qasımov Bakıdakı "HB Güven" klinikasında müalicə alır: "Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır".

Qeyd edək ki, baş məşqçi V.Qasımov dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib. (Report)