Türkiyə Suriya üzrə Rusiya-ABŞ razılaşmasını dəstəkləyir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Ankara BMT vasitəsi ilə Hələb şəhərini humanitar yardımla təchiz etməyə hazırdır.
“Əldə olunmuş razılaşmaların faydalı şəkildə yerinə yetirilməsi olduqca vacibdir. Çünki bu, Suriya münaqişəsinin siyasi yolla həllinin tapılmasına yönəlik səylərə kömək edəcək”, – deyə bəyanatda vurğulanıb. (APA)