XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 21:50

Çingiz Abdullayev:"Neftçi"də heç bir istefa gündəmdə deyil"

"Neftçi"nin Müşahidə Şurası və klubun səhmdarları arasında görüş olub.

Bu barədə "Report"a Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib. Onun sözlərinə görə, bir neçə saat davam etmiş iclasda komandanın hazırkı durumu müzakirə olunub. 

Ç.Abdullayev bildirib ki, "Neftçi"də nə Müşahidə Şurası, nə də baş məşqçi postunda istefa olub: "Hazırda heç bir istefa istefa gündəmdə deyil. Bu gün futbolçularla da görüş olub. Vəli Qasımovun səhhətində problemin olduğunu bizə gecə saat 3 radələrində dedilər. Hazırda xəstəxanadadır. Onun da istefası gündəmdə deyil. Sadəcə, komandanın iş sistemində dəyişikliklər olacaq".

Qeyd edək ki, Müşahidə Şurasının sədri istisna olmaqla, bütün üzvlərinin, habelə baş məşqçi Vəli Qasımovun istefaya göndərildiyinə dair xəbərlər yayılıb.