Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Qəbələ"ni qəbul edib.
Strateq.az futbol11.az-a istinadən xəbər verir ki, "Əlincə Arena"da keçirilən qarşılaşmda bakılılar darmadağın olub.
Belə ki, ilk 45 dəqiqədə "Qəbələ" rəqibinin qapısına 5 cavabsız top vurub. Bu isə matçı canlı izləyən "ağ-qaralar"ın Müşahidə Şurasının sədri Çingiz Abdullayevi özündən çıxarıb. O, ilk hissə haqda fikirlərini saytıın əməkdaşı ilə bölüşüb: "Bu, biabırçılıqdır. Mütləq bununla bağlı ciddi tədbirlər görüləcək".
Qeyd edək ki, "Neftçi" – "Qəbələ" görüşünda qonaq komanda 8:0 hesabı ilə qalib gəlib.