XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 10:02

Erməni silahlı bölmələri atəşkəs rejimini pozub –19 dəfə

c%c9%99bh%c9%99

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.

 Ermənistan Respublikası İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.