XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 10:13

Putin: “ABŞ imperiya siyasəti aparır və buna qarşı duracağıq ”

putin isvec.jpg

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı “imperiya siyasəti” aparmaqda ittiham edib.

Strateq.az bildirir ki, İsveç KİV-lərinə müsahibəsində V. Putin bu siyasətin çoxdan aparıldığını söyləyib: “İmperiya siyasəti çoxdan bəridir davam etdirilir. Mən bu barədə çox danışmışam. Təkcə mən yox, Amerikanın daxilində ekspertlər belə ABŞ-ın siyasətini məhz belə qiymətləndirir. Onlar hesab edir ki, xarici və daxili sahələr üzrə amerikalı mütəxəssislərin bu imperiya meyilli siyasəti ABŞ-ın özünə zərbə vurur”.

Putin qeyd edib ki, onun bu mövqeyi heç bir halda antiamerikançılıq kimi başa düşülməməlidir. Sadəcə belə birtərəfli hərəkətlər dünya və beynəlxalq münasibətlərdə qəbul edilmir.

Rusiya prezidenti qeyd edib ki, digər dövlətlərə münqaişədə olmaq Rusiyanın maraqlarına daxil deyil: “Amma biz öz maraqlarımızı müdaifə etməyə məcbur oluruq və bunu gələcəkdə də edəcəyik”.