Yunanıstan çoxvektorlu xarici və enerji siyasəti nəticəsində 21-ci əsrdə enerji qovşağına çevriləcək.
Bunu bu gün Yunanıstanın baş naziri Aleksis Çipras keçirdiyi mətbuat konfransında söyləyib.
A. Çipras bu istiqamətdə Azərbaycan qazını İtaliyaya çatdıracaq Transadriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) ilə bağlı uğura nail olunduğunu bildirib: “TAP təbii qazı Avropanın cənubuna nəql edəcək. Biz sərhədlərimizdə digər qaz kəmərləri görməkdən də şad olarıq. Yunanıstan bu baxımdan Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasını alqışlayır”.
Qeyd edək ki, Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. (APA)