Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.
İdarədən verilən məlumata görə, sentyabrın 11-də saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib: "İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.