XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2016 - 00:28

Dənizdə boğulan neftçinin meyiti tapıldı –Mirvari Qəhrəmanlı açıqladı

cin-deniz

 Ötən gün dənizdə boğulan neftçinin meyiti  tapılıb.

Bu barədə məlumat verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki,Əliyev Musa Əhməd oğlunun meyiti bu gün ailəsinə təhvil veriləcək(APA).

Qeyd edək ki, ötən gün Xəzər dənizində bədbəxt hadisə baş verib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir.