XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2016 - 14:41

Rusiya Ali Məhkəməsi Telman İsmayılovu müflis saymayıb

telman

Rusiya Ali Məhkəməsi Azərbaycan əsilli biznesmen, Çərkəz bazarının keçmiş sahibi, AST Şirkətlər Qrupunun qurucusu Telman İsmayılovun müflis elan edilməsi barədə qərarın ləğvi haqqında aşağı məhkəmə instansiyalarının qərarını qüvvədə saxlayıb.

 Rusiya Ali Məhkəməsi vətəndaş Boris Zubkovun şikayəti əsasında bu məsələyə yenidən baxıb.

Qeyd edək ki, Moskva Arbitraj Məhkəməsi 2015-ci ilin dekabrında B. Zubkovun iddiası əsasında T. İsmayılovun müflis olduğunu elan edib və onun əmlakının satışa çıxarılmasına qərar verib.

Lakin Doqquzuncu Arbitraj Apelyasiya Məhkəməsi bu ilin martında həmin qərarı ləğv edib. Bu ilin mayında Moskva Arbitraj Məhkəməsi də müflis barədə qərarın ləğv edilməsini qüvvədə saxlayıb.  (APA)