XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2016 - 19:00

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib –Qurban bayramı ilə bağlı

ilham

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdııb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. (APA)